Yoosha Dəyərləndirmə Xidmətinə xoş gəldiniz!

Yoosha, Azərbaycanın böyüyən biznes sektorunda dəyərləndirmə xidmətlərinə olan ehtiyacı qarşılamaq məqsədilə qurulmuş bir platformadır. Bizim əsas məqsədimiz, müəssisələrin dəyərini dəqiq və obyektiv şəkildə təyin etmək, sahibkarlara və biznes sahiblərinə öz şirkətlərinin real bazar dəyərini anlamaqda yardımçı olmaqdır. İstər satışa hazırlıq, istər yeni sərmayə cəlbi, istərsə də strateji planlama məqsədi ilə dəyərləndirmə tələb olunsun – Yoosha sizə peşəkar xidmətlər təklif edir.

Bu form vasitəsilə biznesinizin real bazar dəyərininin qiymətləndiriməsi məqsədi ilə şirkətinizin əsas məlumatları, maliyyə və digər əsas göstəriciləri daxil olunur, ödəniş edilərək dəyərləndirilmənin aparılması üçün göndərilir. Daxil etdiyiniz məlumatlar əsasında maliyyə və qiymətləndirmə mütəxəssislərimiz göstəriciləri təhlil edərək sizin üçün qiymətləndirmə hesabatını hazırlayacaq və qeyd etdiyiniz emailə 2 iş günü ərzində göndərəcəklər. Xidmət haqqı 40 AZN-dir, birdəfəlik ödəniş olaraq.

Yoosha Dəyərləndirmə Xidmətinə müraciət edərək, aşağıdakı şərtlər və qaydalarla razılaşırsınız. Bu şərtlər, bizimlə əməkdaşlıq çərçivəsində göstərilən xidmətlərin məzmunu, məxfiliyi, ödəniş şərtləri və müştəri məsuliyyətlərini əhatə edir. Xidmətlərimizdən istifadə etməzdən əvvəl zəhmət olmasa bu şərtləri diqqətlə oxuyun.

1. Xidmətlərin məzmunu

Yoosha, bizneslərin dəyərini obyektiv şəkildə təyin etmək üçün dəyərləndirmə xidmətləri təqdim edir. Xidmətlərimizə aktivlərə əsaslanan, gəlirə əsaslanan qiymətləndirmələr və bazar təhlili daxildir. Lakin, təqdim olunan qiymətləndirmə yalnız məsləhət xarakterlidir və rəsmi maliyyə, hüquqi və ya vergi məsləhəti hesab olunmamalıdır.

2. Məxfilik və məlumat təhlükəsizliyi

Yoosha olaraq, müştərilərimiz tərəfindən təqdim olunan bütün məlumatların məxfiliyini və təhlükəsizliyini qorumağa sadiqik. Yoosha, məlumatlarınızı üçüncü tərəflərlə paylaşmır və yalnız qiymətləndirmə prosesini həyata keçirmək məqsədilə istifadə edir. Məxfi məlumatlarınızın qorunması üçün müasir təhlükəsizlik tədbirləri görülməkdədir.

3. Ödəniş şərtləri

Yoosha Dəyərləndirmə Xidmətindən istifadə etmək üçün müvafiq xidmət haqqı ödənilməlidir. Xidmət haqqı bank kartı vasitəsilə qiymətləndirmə formunun sonuncu səhifəsində ödənilir, ödəniş edildikdən sonra "formu göndər" düyməsi aktivləşir. Ödəniş qəbulu sayta inteqrasiya etdiyimiz dünyaca məşhur PayPal ödəniş platfomu vasitəsilə icra edilir. Biz, Yoosha olaraq sizin daxil etdiyiniz kart məlumatlarını görmürük və kart məlumatlarının təhlükəsizliyi PayPal platformasının müştəri məlumatları təhlükəsizliyi siyasətinə uyğun olaraq təminat altına alınır. Daxil etdiyiniz bütün ödənişlər geri qaytarılmayan ödənişlər hesab olunur. Ödənişlər bir dəyərləndirmə xidməti üçün birdəfəlik olaraq olunur və bir müəssisənin qiymətləndirmə prosesi çərçivəsində sizdən hər hansı digər ödəniş etməyiniz tələb olunmur.

4. Hesabatın təqdimatı və istifadəsi

Hazırlanmış qiymətləndirmə hesabatı 2 iş günü ərzində müştərinin təqdim etdiyi elektron poçt ünvanına göndəriləcək. Hesabat yalnız informasiya məqsədilə nəzərdə tutulur və rəsmi sənəd kimi istifadə olunmamalıdır. Müştəri, hesabatın düzgünlüyünə görə Yoosha-ya heç bir məsuliyyət yükləməyəcəkdir və hər hansı maliyyə və ya biznes qərarlarını müstəqil şəkildə qəbul etməlidir. Hesabata istinadən müştərinin qəbul etdiyi hər hansı qararın nəticələrinə görə Yoosha heç bir məsuliyyət daşımır.

5. Məsuliyyət və zəmanətlər

Yoosha təqdim edilən məlumatların doğruluğuna görə məsuliyyət daşımır. Müştərilər, forma daxilində təqdim etdikləri bütün məlumatların tam, doğru və dəqiq olduğunu təsdiq edirlər. Yoosha, təqdim edilən məlumatlarda hər hansı bir yanlışlıq və ya qeyri-dəqiqliyə görə qiymətləndirmə nəticələrinin səhv olmasından məsuliyyət daşımır.

6. Xidmət Şərtlərinin Dəyişdirilməsi

Yoosha, bu şərtləri və qaydaları əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək hüququnu özündə saxlayır. Şərtlərdə hər hansı bir dəyişiklik edildikdə, yenilənmiş versiya Yoosha-nın rəsmi internet səhifəsində dərc olunacaq və dərhal qüvvəyə minəcək.

7. Hüquqi məsuliyyət

Yoosha-nın təqdim etdiyi qiymətləndirmə xidmətləri yalnız məsləhət xarakterlidir və rəsmi maliyyə və ya hüquqi məsləhət sayılmır. Yoosha, hər hansı bir biznes və ya maliyyə qərarına görə birbaşa və ya dolayısı ilə yaranan zərərə görə məsuliyyət daşımır. Müştərilər, təqdim olunan hesabatı qəbul edərək bu şərtləri tam qəbul etmiş sayılırlar.

Xidmət haqqı
Xidmət haqqı 40 AZN-dir (təxmini olaraq). Ödəniş doldurulan formun sonunda birdəfəlik olmaqla ödənilir. Qiymətləndirmə prosesi ərzində heç bir digər ödəniş olmur.
Sevimli aktyorlarımız Şükran və Raminin (Mətləb və Məhəbbət) bizness dəyərləndirməsində seçimi "Yoosha"dır.

  • Demirchi Plaza, Baku, Azerbaijan
  • LotfiZadeh Technology Center, 37 Khojali Avenue
  •  Mon-Sat - 09:00-19:00